son dəqiqə SON DƏQİQƏ
Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ●

Rahid Əmirquliyev "Şahdağ Qusar"dan nə üçün ayrıldı?

Bölmə adı I Liqa
Yayımlandı 11-07-2026, 13:55

"Bəzən həyatda ən çətin qərar insanın ən çox sevdiyi yerdən ayrılmaq olur. Bu gün böyük qürur və kövrəklik hissi ilə doğma komandam "Şahdağ Qusar" ilə vidalaşıram".

Sport1.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyev sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.

Qusarlı yarımmüdafiəçi klub rəhbərliyi ilə fikir ayrılığı yaşadığı üçün bölgə təmsilçisindən ayrıldığını bildirib:

"Bu klubda mən təkcə futbol oynamadım, həm də böyük bir ailənin üzvü oldum. Birlikdə çətinliklərdən keçdik, mübarizə apardıq və Allahın köməyi, komandamızın əzmi və siz dəyərli azarkeşlərin dəstəyi ilə 2-ci Liqanın çempionu olduq. Bu uğur bütün komandamızın, bütün Qusarın və hər zaman yanımızda olan azarkeşlərimizin uğurudur.

Doğma torpağımı və insanlarımızı təmsil etmək mənim üçün hər zaman böyük qürur olub. Həyat isə bəzən insanın qarşısına yeni yollar çıxarır. Klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən komandadan ayrılmaq qərarı verdim. Bu, heç vaxt bu kluba olan sevgimin və bağlılığımın azalması demək deyil.

Birlikdə çalışdığım komanda yoldaşlarıma, məşqçilərimizə və bizi hər zaman dəstəkləyən əziz azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Harada olsam da, “Şahdağ Qusar”ın uğurlarına sevinəcək və özümü həmişə bu ailənin bir parçası hesab edəcəyəm.

Hörmət və sevgi ilə".

Xatırladaq ki, Əmirquliyev karyerası ərzində "Xəzər Lənkəran", "Qarabağ" və "Səbail" klublarında da forma geyinib.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR