Belçika millisinin qapıçı Tibo Kurtua DÇ-2026-nın 1/4 final mərhələsinin İspaniya ilə matçında (1:2) yeni rekord müəyyənləşdirib.
Sport1.az xəbər verir ki, çərçivə qoruyucusu mundialdakı 21-ci oyununda forma geyinib və fransalı Uqo Llorisi geridə qoyub.
Dünya Kuboku tarixində ən çox oyuna çıxan qolkiper isə almaniyalı Manuel Noyerdir (23 görüş).