Rekord təkrarlandı

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı Bu gün, 17:07

Mərakeş millisinin qapıçısı Yasin Bunu DÇ-2026-nın 1/4 finalında Fransa ilə oyunda (0:2) tarixi göstəriciyə imza atıb.


Sport1.az xəbər verir ki, 35 yaşlı qolkiper görüş zamanı Fransa millisinin hücumçusu Kilian Mbappenin penalti zərbəsini dəf edib.


Bu, Bunu üçün dünya çempionatları tarixində dördüncü penalti seyvi olub. Nəticədə o, mundiallarda ən çox penalti dəf edən qapıçılar siyahısına daxil olub.


Hazırda bu rekordu Harald Şumaxer (Almaniya), Serxio Qoykoeçea (Argentina), İker Kasilyas (İspaniya), Dominik Livakoviç və Daniyel Subaşiç (hər ikisi Xorvatiya) ilə birlikdə Yasin Bunu da bölüşür.