son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Kamilo Duran: “Seltik”in təklifini dərhal qəbul etdim"

Bölmə adı Futbol
Yayımlandı 10-07-2026, 13:30

"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm. Ümid edirəm ki, komandama çoxlu qollarla fayda verəcəyəm".


Sport1.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan "Seltik"ə transfer olunan Kamilo Duran Şotlandiya klubunun rəsmi saytına açıqlamasında deyib.


Kolumbiyalı futbolçu “Seltik”dən gələn təklifi dərhal qəbul etdiyini bildirib: "Mənə maraq göstərildiyini eşidəndə heç bir tərəddüd etmədim. Yeni komanda yoldaşlarımla meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".


24 yaşlı hücumçu UEFA Çempionlar Liqasında çıxış etməyin və qol vurmağın uşaqlıq arzusu olduğunu söyləyib: "Çempionlar Liqasında oynamaq hər bir uşağın arzusudur. Orada qol vurmaq mənim üçün möhtəşəm hiss idi. “Seltik”də də bunu davam etdirmək, Çempionlar Liqasında qollar vurmaq istəyirəm. Hər matçda əlimdən gələni edir, böyük əzmkarlıq və fədakarlıqla mübarizə aparıram. Ümid edirəm ki, qollar da gələcək".


Duran "Seltik"in heyətində çıxış edən ilk kolumbiyalı futbolçu olmasının onun üçün böyük qürur olduğunu bildirib: "Bu, böyük şərəfdir. Uşaqlıqdan arzum ölkəmin milli komandasında oynamaq olub. Ümid edirəm ki, burada uğurlu çıxış edərək buna da nail olacağam".


O, baş məşqçinin etimadını doğrultmağa çalışacağını deyib: "Baş məşqçiyə buraya gəldiyim üçün nə qədər xoşbəxt olduğumu söylədim. Ümid edirəm ki, bunu meydandakı çıxışımla doğruldacağam. Bu formanı geyinmək böyük şərəfdir və arzum bu mövsüm də çempion olmaqdır".


Qeyd edək ki, “Seltik” Kamilo Duranla 5 illik müqavilə imzalayıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR