"Liverpul"un istədiyi futbolçu

Bölmə adı Futbol
Yayımlandı 10-07-2026, 12:45

"Liverpul" iki həftə ərzində "Brayton"un cinah hücumçusu Yankuba Minte üçün rəsmi transfer təklifi göndərə bilər.


Sport1.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.


Mersisayd təmsilçisi transferində çətinliklərlə üzləşdiyi "Leypsiq"in futbolçusu Yan Diomandaya alternativ olaraq 21 yaşlı vingerin namizədliyini nəzərdən keçirir.


Bildirilir ki, "Brayton" rəhbərliyi Minteni satmağa tələsmir və onun transfer qiymətini 70-80 milyon funt-sterlinq (82-92 milyon avro) dəyərində qiymətləndirir.


Geridə qalan mövsümdə Minte bütün turnirlərdə ümumilikdə 36 matçda meydana çıxıb, bu oyunlarda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Futbolçunun klubu ilə hazırkı müqavilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında gənc oyunçunun transfer bazarı dəyəri 45 milyon avro təşkil edir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR