son dəqiqə SON DƏQİQƏ
"Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ●

“Turan Tovuz”un haqlı mübarizəsi, AFFA-nın öhdəliyi

Bölmə adı Yazı / Manşet
Yayımlandı 1-06-2026, 18:43

“Turan Tovuz”un UEFA Konfrans Liqasında iştirakı ətrafında yaranan müəmmalı durum ictimaiyyətdə haqlı olaraq ciddi narahatlıq yaratmalı idi.


Çünki mövsüm ərzində böyük əmək və əzmkarlıqla qazanılan vəsiqənin 2019-cu il hadisələri ilə əngəllənməyə çalışılması həm hüquqi, həm də məntiqi baxımdan izaholunmazdır. Klubun lisenziyalaşdırma mərhələsini uğurla keçməsi, UEFA-nın maliyyə, infrastruktur və hüquqi tələblərinə tam cavab verdiyini sübut edir.


Özü də AFFA üç mövsümdür açıqlayır ki, "boz qurd" avrokuboklarda çıxış edə bilər. Bəs onda indi UEFA nə istəyir? Bu məktub məsələsi haradan çıxdı?


UEFA illər öncə sanksiya ilə bağlı AFFA-ya məlumat göndəribsə, federasiya bunu dərhal ictimaiyyətə açıqlamalı idi. Ən azından həmin dövrdə kluba rəhbərlik edənlər belə məsələdən xəbərdar olmalı idilər. Şəffaflıq nümayiş etdirilməyibsə, bunun məsuliyyəti birbaşa yerli futbol qurumunun və köhnə "Turan Tovuz"çuların üzərinə düşür.


Burada klubun hazırkı rəhbərliyinin mövqeyi xüsusi vurğulanmalıdır. Ehtiram Quliyevin komandası "Turan Tovuz"u tamamilə yeni idarəetmə standartları ilə təhvil alıb. Hazırkı rəhbərlik keçmişin girovu deyil və komandanın uğurları şübhə altına alına bilməz.


O dönəmdəki AFFA qərarının yalnız fərdi şəxslərə şamil edildiyi açıqlayıb və məsələ bitmiş hesab edilib. İndi isə UEFA-nın dəyişən struktur fonunda keçmişi bəhanə gətirib nəticələri ləğv etməsi qeyri-obyektivdir.


Ortada problem varsa, bunu həll etmək AFFA-nın üzərinə düşür. Çünki qurum həmin dövrdə ictimaiyyətə düzgün açıqlama verməyib.


UEFA-nın AFFA-ya göndərdiyi məktub sorğu xarakterlidirsə, narahatlığa gərək yoxdur. Çünki Avropanın ali futbol qurumu üçün ədalətli oyun əsas prinsipdir. "Turan Tovuz"un da adı "qara siyahı"da var. Təbii ki, UEFA da yerli futbol qurumundan soruşmalıdır ki, bu məsələ həll olub, ya yox?


Qısaca, problem varsa, AFFA əlaqələrini işə salaraq təmsilçimizin mövqeyini qətiyyətlə müdafiə etməlidir. Bu, təkcə klubun deyil, Azərbaycan futbolunun beynəlxalq nüfuzunun qorunması deməkdir. İdman prinsipləri ilə əldə olunan nailiyyətlərə hörmətlə yanaşmaq və hüquqi müstəvidə ədaləti bərpa etmək vacib şərtdir.


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR