son dəqiqə SON DƏQİQƏ
"Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ●

Kamandan oxatma üzrə ölkə birinciliyinin rəsmi açılış mərasimi keçirilib

Bölmə adı Digər
Yayımlandı 1-06-2026, 18:10

Kamandan oxatma idman növü üzrə gənclər arasında ölkə birinciliyinin rəsmi açılış mərasimi keçirilib.


Sport1.az xəbər verir ki, tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Olimpiya və Paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov çıxış edərək yarış iştirakçılarını salamlayıb.


Sektor müdiri ölkədə bədən tərbiyəsi və idmanın inkişafı, idmanın kütləviliyinin təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarını diqqətə çatdırıb. A.Məmmədov bu qəbildən olan respublika miqyaslı yarışların gənc idmançıların potensialının üzə çıxarılmasındakı rolunu və əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının Yarışların təşkili və klublarla iş şöbəsinin müdiri Kamran Həsənzadə çıxış edərək iştirakçılara müvəffəqiyyətlər arzulayıb. Rəsmi çıxışların ardınca yarışların təsnifat mərhələsinə start verilib.


Birinciliyin ilk günündə U15, U18 və U21 yaş kateqoriyaları üzrə ümumilikdə 49 oxatan atış xəttinə çıxıb. İdmançılar 40, 60 və 70 metr məsafələrdən iki sessiya ərzində ümumilikdə 72 ox (hər sessiyada 36 ox) ataraq kvalifikasiya normalarını yerinə yetiriblər. Keçirilən gərgin mübarizənin yekun nəticələrinə əsasən, növbəti mərhələlərin iştirakçı heyəti müəyyənləşib. ​Növbəti gün 1/8, 1/4, 1/2 yarımfinal və final mərhələlərinin qarşılaşmaları keçiriləcək. Qaliblər müvafiq diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR