son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Ançelottinin oğlu Fransa klubunun baş məşqçisi oldu

Bölmə adı Futbol
Yayımlandı 1-06-2026, 15:51

Fransanın “Lill” klubu baş məşqçi postuna Davide Ançelottini təyin edib.


Sport1.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi açıqlama yayıb.


36 yaşlı italiyalı mütəxəssislə iki illik müqavilə imzalanıb.


Məşhur məşqçi Karlo Ançelottinin oğlu olan Davide Ançelotti son olaraq Braziliyanın “Botafoqo” klubunda çalışıb. “Lill” onun baş məşqçi kimi ikinci iş yeri olacaq.


Qeyd edək ki, Davide Ançelotti məşqçilik karyerası ərzində uzun müddət atasının köməkçisi kimi fəaliyyət göstərib. O, “Bayern”, “Napoli”, “Everton” və “Real Madrid” klublarında köməkçi məşqçi olub. Son olaraq isə Braziliya millisinin məşqçilər korpusunda yer alıb.


“Lill” rəhbərliyi Davide Ançelottinin beynəlxalq təcrübəsinin və müasir futbol baxışının klubun gələcək planlarına uyğun gəldiyini bildirib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR