son dəqiqə SON DƏQİQƏ
"Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ●

Fransa millisinin sabiq hücumçusu karyerasını bitirdi

Bölmə adı Futbol
Yayımlandı 1-06-2026, 12:56

Meksikanın "Tiqres" klubunun və Fransa millisinin sabiq hücumçusu Andre-Pyer Jinyak peşəkar futbolçu karyerasını başa vurub.


Sport1.az xəbər verir ki, 40 yaşlı forvard idmanla vidalaşmaq qərarına gəlib.


O, karyerası ərzində Fransanın "Loryan", "Tuluza", "Marsel" və "Po" komandalarının şərəfini qoruyub. Təcrübəli oyunçu bu müddətdə 2 dəfə Fransa Liqa Kubokunun və 1 dəfə ölkə Superkubokunun qalibi olub.


Hücumçu 2015-ci ildən bəri çıxış etdiyi "Tiqres"in heyətində 5 dəfə Meksika çempionluğunu qazanıb, həmçinin KONKAKAF Çempionlar Kubokunun qalibi olub.


Qeyd edək ki, Andre-Pyer Jinyak klub karyerası ərzində meydana çıxdığı 825 matçda 359 qol vurub. O, Fransa yığmasında oynadığı 36 görüşdə 7 dəfə fərqlənib və 2016-cı ildə Avropa çempionatının gümüş mükafatçısı olub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR