son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

UEFA Arda Güleri mükafatlandırdı

Bölmə adı Futbol
Yayımlandı 1-06-2026, 10:07

“Real”ın yarımmüdafiəçisi Arda Güler UEFA Çempionlar Liqasında mövsümün yüksələn ulduzu seçilib.


Sport1.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.


UEFA bu mükafatı Çempionlar Liqasında ciddi inkişaf göstərən və mövsüm ərzində özünü təsdiqləyən gənc futbolçular üçün təsis edib. Yeni mükafat əvvəlki “Mövsümün gənc futbolçusu” nominasiyasını əvəzləyib.


21 yaşlı futbolçu 2025/2026 mövsümündə Çempionlar Liqasında böyük irəliləyişə imza atıb. O, ötən mövsüm turnirdə cəmi 1 oyuna start heyətdə çıxmış və ümumilikdə 7 matçda meydana daxil olmuşdu. Bu mövsüm isə Güler 14 oyunda iştirak edib, onların 13-də start heyətdə yer alıb.


Türkiyə millisinin üzvünün oyun dəqiqələri də ciddi şəkildə artıb. Arda 2024/2025 mövsümündə Çempionlar Liqasında 142 dəqiqə oynamışdısa, başa çatan mövsümdə bu göstərici 1030 dəqiqəyə yüksəlib.


Arda mövsümü Çempionlar Liqasında 2 qol və 4 məhsuldar ötürmə ilə başa vurub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR