
"Zirə" heyətində dəyişikliklər edib.
Sport1.az xəbər verir ki, klub rəsmi şəkildə 5 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev və Leroy Mikels ilə imzalanmış müqavilələrin müddəti başa çatıb. Bununla yanaşı, Xorvatiyanın "Varajdin" klubundan icarəyə götürülmüş Rüfət Abdullazadənin də icarə müqaviləsi bitib.