SON DƏQİQƏ
Velosiped idmanının trek növü üzrə gənc oğlanlar arasında keçirilən Azərbaycan Çempionatının qalibləri müəyyənləşib.
Sport1.az Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Respublika Velotrekində təşkil olunan yarışda 2008-2009-cu il təvəllüdlü oğlanlar iştirak ediblər. İdmançılar fərdi ötüşmə, çıxmaqla qrup ötüşməsi, omnium və sprint növlərində qüvvələrini sınayıblar.
Fərdi ötüşmə, 3 km:
Birinci yer: Nihad Xudoyev, ROEQİUGVM
İkinci yer: Çingiz İsayev, ROEQİUGVM
Üçüncü yer: Rəhim Nağıyev, ROEQİUGVM
Çıxmaqla qrup ötüşməsi:
Birinci yer: Əli Baxşıyev, ROEQİUGVM
İkinci yer: Nicat Şükürzadə, ROEQİUGVM
Üçüncü yer: Həsən Zeynalov, ROEQİUGVM
Omnium:
Birinci yer: Nihad Xudoyev, ROEQİUGVM
İkinci yer: Rəhim Nağıyev, ROEQİUGVM
Üçüncü yer: Murad Nadirov, “Təhsil”
Sprint:
Birinci yer: Çingiz İsayev, ROEQİUGVM
İkinci yer: Murad Nadirov, “Təhsil”
Üçüncü yer: Əli Baxşıyev, ROEQİUGVM