son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Millimiz hazırlığa başladı

Bölmə adı Qızlar Liqası
Yayımlandı 31-05-2026, 13:10

Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Dünya Çempionatının seçmə mərhələsi üçün təlim-məşq toplanışına başlayıb.


Sport1.az xəbər verir ki, yığma iyunun 5-dək Bakıda hazırlıq keçəcək. Komanda iyunun 6-dan 10-dək isə Şimali Makedoniyada toplanışı davam etdirəcək.


Millimiz hazırlıq çərçivəsində iki rəsmi oyuna çıxacaq. Azərbaycan yığması 5 iyunda saat 18:00-da Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstan millisi ilə qarşılaşacaq.


Komanda 9 iyunda isə Bakı vaxtı ilə saat 21:00-da Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda Şimali Makedoniya seçməsi ilə üz-üzə gələcək.


Qeyd edək ki, AFFA seçmə mərhələ oyunları üçün millinin heyətini də açıqlayıb. Siyahıda “Neftçi”, “Yüksekovaspor”, “Beşiktaş”, “Fənərbağça”, “Hamburq”, “Partizan”, “Rubin” və digər klublarda çıxış edən futbolçular yer alıblar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR