son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Azərbaycan təmsilçilərindən Özbəkistanda uğurlu çıxış

Bölmə adı Digər
Yayımlandı 21-05-2026, 15:38

Stolüstü tennisçilər Özbəkistanda keçirilən növbəti beynəlxalq yarışda da etimadı doğruldublar.


Sport1.az xəbər verir ki, Andijan şəhərində məşhur stolüstü tennisçi Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib.


13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn istedadlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Yalnız finalda uduzan Gülnur Kərimli (U 11) yarışı ikinci, Səidə Quluzadə (U 13) ilə Yağmur Məmmədli (U 15) üçüncü yerdə başa vurub. Xatırladaq ki, mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü yeri tutumuşdu.


Beləliklə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə yarışlara qatılan komandamız Vətənə 7 mükafatla qayıdır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR