son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Azərbaycan nümayəndəsi ilk dəfə Avropa Kamandan Oxatma Federasiyasının Komitəsinə seçilib

Bölmə adı Digər
Yayımlandı 18-05-2026, 16:35

17 may 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində Avropa Kamandan Oxatma Federasiyasının (World Archery Europe) 20-ci Konqresi keçirilib.



Sport1.az xəbər verir ki, Konqresdə Avropanın 38 ölkəsinin nümayəndələri iştirak ediblər. Konqres çərçivəsində kamandan oxatmanın inkişafı, federasiya komitələrinin fəaliyyəti və təşkilatın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub.




Azərbaycan üçün əsas hadisə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilovun Federasiyanın İnkişaf və Texniki Komitəsinin tərkibinə seçilməsi olub. Bu komitə iştirakçı ölkələr arasında kamandan oxatmanın inkişafı və texniki istiqamətləri üzrə fəaliyyət göstərir.




Qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndəsinin Federasiyanın rəsmi komitəsinin tərkibinə seçilməsi ölkə kamandan oxatma idmanı üçün mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın bu idman növünün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə inkişafında daha fəal iştirakının göstəricisidir.




Səsvermənin nəticələrinə əsasən, Fərid Xəlilov ilk turda tələb olunan səs sayını toplayaraq komitənin üzvü seçilib və bununla da Federasiyanın rəsmi komitəsinə seçilən ilk Azərbaycan nümayəndəsi kimi tarixə düşüb.




Konqres çərçivəsində həmçinin Federasiyanın yeni rəhbərliyinə seçkilər keçirilib. Təşkilata 20 il rəhbərlik edən Mario Scarzella prezident postunu tərk edib. Federasiyanın yeni prezidenti isə daha əvvəl vitse-prezident vəzifəsində çalışmış Hakan Çakıroğlu (Türkiyə) seçilib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR