
Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa Çempionatı U18 çərçivəsində oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan təmsilçimiz İslam Əjdərov uğurlu çıxışı ilə fəxri kürsüyə yüksəlməyi bacarıb.
Sport1.az xəbər verir ki, yarış boyunca yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirən İslam Əjdərov yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların yekununda idmançımız çempionatı bürünc medalla başa vurub.