
"Sumqayıt" Misli Premyer Liqasında 32-ci turu çərçivəsində "Zirə"yə 1:2 hesabı ilə məğlub olub.
Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç oyun haqda fikirlərini bölüşüb:
"Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. Gənc oyunçularla oynadıq. Uşaqlar üçün böyük məktəb oldu. Təbii ki, xal da qazana bilərdik. Amma alınmadı. Hesab edirəm ki, komanda bu gün maksimumu etdi. Komandam haqda pis nəsə deyə bilmərəm. Uşaqlar maksimumunu ortaya qoydu.
- "Sumqayıt" üçün 6 və ya 7-ci yeri tutmağın əhəmiyyəti var?
- Təbii ki, bu, eyni deyil. Son oyun olsa da, bizim üçün vacibdir. Maksimum nəticəni əldə etmək istəyirik. Oyun da Sumqayıtda olacaq, özü də "Qarabağ"a qarşı. Maksimumu etməyə çalışacağıq.