son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Azərbaycan gimnastları beynəlxalq turniri 17 medalla başa vurublar

Bölmə adı Digər
Yayımlandı 16-05-2026, 22:28

Azərbaycanın idman gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirini 17 medalla başa vurublar.


Sport1.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, idmançılar gənclər və böyüklər yaş kateqoriyalarında çıxış ediblər.


Ölkəmizi bu turnirdə qadınlar arasında böyüklər yaş kateqoriyasında Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova və Xədicə Abbaszadə, gənclər arasında Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı, kişilər arasında isə böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə, Aydın Əlizadə və Nikita Simonov, gənclər arasında isə Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə təmsil ediblər.


Turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar komanda hesabı və çoxnövçülük proqramı üzrə mükafatlandırılıblar. Həm qadın, həm də kişi gimnastlarımız komanda hesabında bürünc medal qazanıblar. Fərdi çoxnövçülük proqramında isə qadınlar arasında Leyla Məmmədzadə bürünc medalın sahibi olub.

İkinci gündə böyüklər yaş kateqoriyasındakı gimnastlar çoxnövçülük üzrə çıxışlarını nümayiş etdiriblər. Çoxnövçülük üzrə mükafatlandırmada kişilər arasında Rəsul Əhmədzadə qızıl, qadınlar arasında isə Xədicə Abbaszadə bürünc medal əldə edib.


Yarışın final mərhələsində gənclər və böyüklər yaş kateqoriyalarında gimnastlar ayrı-ayrı alətlər üzrə çıxış ediblər. Gənclər yaş kateqoriyasında İlham Salayev sərbəst hərəkətlər proqramında bürünc medal qazanıb. Leyla Məmmədzadə isə dayaqlı tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlər proqramında üç bürünc medala sahib olub.


Böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə gimnastika atı və turnikdə qızıl, Dəniz Əliyeva dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda gümüş, Nikita Simonov halqalarda qızıl, Nazənin Teymurova gimnastika tirində qızıl, Aydın Əlizadə isə paralel qollarda bürünc medal qazanıb.


Qeyd edək ki, Milli Gimnastika Arenasında, mayın 14-də startı verilən və bu gün başa çatan turnirdə 5 ölkədən 50-yə yaxın gimnast iştirak edib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR