son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Andrey Demçenko: “Rəhbərlik nə qərar verəcəksə, elə də olacaq”

Bölmə adı Premyer Liqa
Yayımlandı 15-05-2026, 22:56

Bu gün Misli Premyer Liqasında XXXII tur çərçivəsində "Araz-Naxçıvan" doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb:


"Bu qalibiyyət münasibəti ilə hər kəsi təbrik edirəm. Bu gün biz müasir futbol oynadıq. Məşqlərimizin bəhrəsini gördük. Rəqibimizə çətinliklər yaratmağa çalışdıq. Oyuna nəzarət bizim əlimizdə idi".


- Turnir cədvəli ilə bağlı bir motivasiya qalmayıb. Bu amili nəzərə alsaq, oyunçuları matça necə kökləyir?

- Başa düşürəm ki, bu mövsüm yaxşı keçmədi bizim üçün. Ardıcıl 5 məğlubiyyət avrokuboklara vəsiqə qazanmamağımıza səbəb oldu. Mən həmişə öz futbolçularıma deyirəm ki, hər oyun bir şansdır. Son oyunumuz qalıb. Çox da motivasiyaya ehtiyac yoxdur. Onlar özləri də başa düşürlər ki, bu matçlar onlar üçün özlərini göstərmək baxımından bir şansdır.


- Bəs özünüzün motivasiyası varmı?

- Şəxsi olaraq da, yaxşı bir sezon keçirə bilmədim. Komanda bir gəmidir. Burada həm futbolçular var, həm də məşqçilər var. Bundan sonra rəhbərlik necə qərar verəcəksə, elə də olacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR