
"Braqa" və "Sportinq" Rodriqo Salasarın transferi ilə bağlı razılığa gəliblər.
Sport1.az xəbər verir ki, yarımmüdafiəçi yayda Lissabon klubuna qoşulacaq. Onun üçün 30 milyon avro ödəniləcək. Bu, Portuqaliya klubları arasında tarixdə ən böyük transfer sayılır.
"Sportinq" ilə 26 yaşlı futbolçu 5 illik müqavilə imzalayıb, müqavilədəki sərbəstqalma məbləği 80 milyon avrodur.
Keçən mövsümdə isə "Zenit" klubunun Salasarı transfer etməyə bir neçə dəfə yaxın olduğu, lakin razılaşmanın son anda baş tutmadığı bildirilirdi.