
Misli Premyer Liqasında 32-ci turu çərçivəsində keçirilən "Sabah" - "Neftçi" matçından (1:2) sonra ev sahiblərinib baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
Sport1.az xəbər verir ki, mütəxəssis oyun haqda fikirlərini bölüşüb:
"Hesab edirəm ki, kuboku da qazandıqdan sonra emosiyalarımızı tam qoymağımız bu matçda yaxşı oynamağımıza mane oldu. Lakin futbolçularım əllərindən gələni etdilər. Rəqibimiz son vaxtlar ən yaxşı formada olan komanda idi. Kifayət qədər oyun içərisində rəqiblə baş-başa mübarizə apardıq. Bu gün heç də bir-birindən çox fərqlənməyən 2 komanda izlədik. İndi də gedirik çempionluğumuzu qeyd etməyə. Hər kəsə təşəkkür edirəm".