son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Avropa çempionatında 3 qızıl, 2 bürünc medal şansı

Bölmə adı Güləş
Yayımlandı 15-05-2026, 20:58

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.


Sport1.az xəbər verir ki, yarışın beşinci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.


Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridze (9:0), türkiyəli Yiğit Egemen (10:0) və rusiyalı Asilder Asluyevə (10:0) heç bir şans tanımayaraq finala vəsiqə qazanıb. Hüseyn sabah həlledici görüşdə ukraynalı Volodimir Boykoyla üz-üzə gələcək.


Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit (8:5) və slovakiyalı Patrik Vetrakı (6:0) mübarizədən kənarlaşdırsa da, yarimfinalda ermənistanlı Suren İşxanyanla bacarmayıb – 4:15. Abbas sabah bürünc medal görüşünə çıxacaq. Rəqibi İssa Çurayev (Fransa) – Kiril Şumeyko (Macarıstan) qarşılaşmasının qalibi olacaq.


Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gəldikdən sonra türkiyəli Aydıncan Gümüşdağ (7:3) və ukraynalı Teymur Abumislimovu (3:1) üstələyib. Rəşid yarımfinalda fransalı Saşa Oberi vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Nazarov sabah finalda rusiyalı Maksim Monquşla güləşəcək.


Nihad Süleymanlı (80 kq) gürcüstanlı Rati Revazaşvili (7:2), macarıstanlı Zeteni Tuği (7:0) və rusiyalı Rəcəb Rəcəbova (2:0) qalib gələrək adını finala yazdırıb. Nihad həlledici görüşdə türkiyəli Emirhan Çayırla qarşılaşacaq.


Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarovla (2:1) slovakiyalı Adam Koşanı (4:1) yolundan kənarlaşdırsa da, yarımfinalda gürcüstanlı Murtaz Baqdavadzeyə 0:3 hesabıyla məğlub olub. Təmsilçimizin sabah üçüncü yer uğrunda mübarizə aparacağı rəqibi rumıniyalı Marku Vintan və ya belaruslu Daniil Jivula olacaq.

Müəllif: Cahan