son dəqiqə SON DƏQİQƏ
Karyerasını İspaniyada davam etdirəcək Bernardu Silva: “Real”a “yox” demək mümkün deyildi” A Seriyasında klubunu dəyişdi Bundesliqadan La Liqaya Cənubi Koreya millisinin üzvü “Turan”da “Sumqayıt” “İmişli”yə məğlub olub Şeydayevin yeni klubu bəlli oldu Yardımlıda ölkə çempionatı keçiriləcək 36 yaşlı yarımmüdafiəçi “Çelsi”də “Neftçi”də yeni müqavilə ABŞ Poçettino ilə bağlı qərarını verdi “Turan Tovuz” Türkiyə klubunu darmadağın edib “Xankəndi”dən yeni transfer Velosipedçimiz Çində beynəlxalq turnirin çempionu olub Premyer Liqa klublarının yay transferləri "Sumqayıt"da yeni hücumçu Nazir medalçılarla görüşüb "Zirə" Konate ilə vidalaşdı - Konfrans Liqası: "Qarabağ"ın pley-offda potensial rəqibləri bəlli oldu Əmirquliyev yenidən "Səbail"də Avropa Liqası: "Trabzonspor"un play-offda potensial rəqibi bilindi AL: "Sabah" "Orhus"a məğlub olsa... "Turan Tovuz" üçün sonuncu sınaq Hazırlığın son mərhələsi başladı: Yığma 2 yoxlama matçına çıxacaq Əsas mərhələyə gedən yolda Türkiyə klubunun daha bir rəqibi bəlli oldu "Sabah"ın pley-off mərhələsində potensial rəqibi müəyyənləşib Bakıda mükafat fondu 5 min dollar olan beynəlxalq yarış keçiriləcək Azərbaycan millisinin Şamaxıda təlim-məşq toplanışına start verilib

"Sabah"ın 9 illik tarixinin zirvəsi - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 14-05-2026, 17:07

Cəmi 9 il əvvəl yaranmış bir klub tarix yazdı.


"Sabah" həm Premyer Liqada "Qarabağ"ın 4 illik hegemonluğuna son qoydu, həm də Azərbaycan Kubokunu qazandı. "Qızıl dubl" cari futbol ilinin ən böyük sürprizi oldu. Bu, sadəcə bir illik şans deyil. Bu, ciddi bir prosesin nəticəsidir. Komanda ötən il də kuboku qazanmışdı. Bu il isə həm titulunu qorudu, həm də çempion oldu.


​Uğurun kökündə doğru zamanda verilmiş riskli qərarlar dayanır. Vasili Berezutski ilə yolların qarşılıqlı razılıq əsasında ayrılması mediada birmənalı qarşılanmamışdı. Rəhbərlik "səriştəsizlik" ittihamları ilə üzləşmişdi. Lakin zaman hər şeyi göstərdi. Valdas Dambrauskas kimi sistem qura bilən bir məşqçi gətirildi. O, kənar səslərə məhəl qoymadı. Komandada sabitlik və intizam yarada bildi.


​Yeni transferlər - Aaron Maluda və Patrik Mbina bu uğurun əsas sütunları oldu. Velko Simiç və Timoteuş Puxaç da möhtəşəm çıxış edərək tarixin uğurun memarları oldular. Düzgün transfer siyasəti bəzən milyonluq büdcələrdən daha effektivdir. "Sabah" cari futbol ilində məntiqli bir uğura imza atdı.


​İndi əsas sınaq qarşıdadır. Çempionlar Liqası tamamilə fərqli bir səviyyədir. Orada rəqabət daha sərtdir. Təmsilçimiz üçün heç olmasa Konfrans Liqasının qrupuna düşmək böyük hədəf olmalıdır. Bunun üçün heyətin özəyini qorumaq lazımdır. Çatışmayan nöqtələr təcili gücləndirilməlidir. "Sabah"ın beynəlxalq arenadakı çıxışı gələn ilin əsas mövzusu olacaq.


MİRZƏ SAKİT

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR