
İspaniyanın "Barcelona" klubu bu gün çempionluq paradı təşkil edəcək.
Sport1.az xəbər verir ki, komandanın futbolçuları və məşqçilər heyəti azarkeşlərlə birlikdə La Liqa və İspaniya Superkubokundakı uğuru qeyd edəcək.
Kataloniya təmsilçisinin yürüşü yerli vaxtla saat 17:00-da başlayacaq.
Parad Barselona şəhərinin bir neçə məşhur nöqtəsindən keçəcək və tədbir bütün azarkeşlər üçün açıq olacaq.