son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

Millimizin açıq məşqi keçirilib

Bölmə adı Güləş
Yayımlandı 7-04-2026, 23:33

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin açıq məşqi keçirilib.


Sport1.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında baş tutan hazırlıq prosesini milli komanda üzvlərinin şəxsi məşqçiləri və federasiya rəsmiləri canlı izləyib.


Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında keçirilən məşqdə daha çox taktiki-texniki çalışmalara üstünlük verilib. Şəxsi məşqçilər belə açıq məşqlərin faydalı olduğunu bildiriblər və gələcəkdə bunun ənənəvi hal almasını diləyiblər.


Rafiq Hüseynov toplanışın gedişi, açıq məşq və qarşıdakı hədəflərlə bağlı bunları deyib:


"Özbəkistanda 10 günlük təlim-məşq toplanışı keçdik. "Zəfər kuboku" turniri öncəsi bizim üçün önəmli bir hazırlıq idi. Özbəkistan millisi U-17 yaş qrupunda dünyada sayılıb-seçilən yığmalardandır. Onların tərkibində dünya və Asiya çempionu olan bir neçə güləşçi var. Ona görə orada toplanış keçmək bizim üçün vacib idi. Həmin hazırlıq prosesində aşkarladığımız səhvlər üzərində işləyirik. Komanda optimal vəziyyətdədir. Ümid edirəm ki, bu məşqlərin bəhrəsini Türkiyədəki yarışda görəcəyik".


Mütəxəssis açıq məşq keçirməklərinin səbəbini bu cür izah edib:


"Açıq məşq keçirməyimizin məqsədi odur ki, şəxsi məşqçilər öz tələbələrinin hazırlıq səviyyəsini izləsinlər. Toplanışlar zamanı bəzən 4-5 gün idmançılara istirahət veririk ki, şəxsi məşqçilərinin yanında olub, səhvləri üzərində işləyə bilsinlər. Klub və cəmiyyətlərdə iş yüksək səviyyədə gedəndə milli komanda məşqçilərinin də işi yüngülləşir. Bununla da potensiallı idmançıları əldə etmiş oluruq. Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır. Ümid edirik ki, 2032-ci ildə baş tutacaq Olimpiya Oyunlarında nəticələri bu yeniyetmələrdən görəcəyik, eləcə də sonrakı illərdə də. Güləş federasiyasının rəhbərliyi məşqimizi izlədi. Həm inventarla, həm də maddi baxımdan çox dəstək olurlar. Ümumən hər şey yüksək səviyyədədir. Bu dayaq bizə gələcək yarışlarda uğurlu çıxış etmək üçün bir növ təkan olacaq".


Qeyd edək ki, "Zəfər kuboku" aprelin 12-dən 14-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR