son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

İsmayıllıda qaliblər mükafatlandırıldı – “Bakı–Xankəndi” davam edir

Bölmə adı Digər
Yayımlandı 11-05-2026, 14:11

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının ikinci mərhələsindən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.



Sport1.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti və yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.



Mərhələnin yekununda Qazaxıstan təmsilçisi Yevgeni Fyodorov birinci olub. İsveçrəli Aleksandr Balmer ikinci, Uruqvaylı Erik Antonio Faqundes isə üçüncü yeri tutub.

Velosipedçilər ikinci etapda “Sea Breeze”dən start götürərək İsmayıllıya qədər 193,3 kilometrlik məsafəni qət ediblər. Marşrut mürəkkəb relyefi ilə seçilib. Belə ki, mərhələ çərçivəsində 3 dağ yoxuşu və 2 sprint təsnifatı yer alıb.

Xatırladaq ki, yarışın ilk mərhələsinin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko olmuşdu.

“Bakı–Xankəndi” veloyarışının keçirilməsində əsas məqsəd Azərbaycanda velosiped idmanının inkişafına dəstək vermək, ölkənin beynəlxalq yarışların təşkilindəki imkanlarını nümayiş etdirmək, eyni zamanda işğaldan azad edilmiş ərazilərə diqqəti artırmaqdır.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı təqvimində yer alan yarışda 20 ölkədən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 min avrodan artıqdır. Yarış mayın 14-də başa çatacaq və son etap Xankəndidə təşkil olunacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR