son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

"Turan Tovuz" üçün indi əsas iş başlayır - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 10-05-2026, 21:55

​"Turan Tovuz" cəmi 4 il əvvəl başladığı çətin yolda Avropa vəsiqəsini bu gün rəsmən təmin etdi. 


Bu tarixi uğur Ehtiram Quliyevin klubu himayəsinə götürüb qurduğu peşəkar təməlin məntiqi nəticəsidir. Kurban Berdiyevin gətirdiyi dəmir intizam və oyun fəlsəfəsi bu gedişatı zirvəyə çatdırdı.


​Amma vəsiqəni cibə qoymaqla iş bitmiş sayılmır. Əsl sınaq məhz indi başlayır. Hazırda bütün diqqətlər və məsuliyyət Tovuz şəhər stadionuna yönəlib. Oradakı təmir-tikinti işləri bir an belə dayanmamalıdır. Əsas hədəf arenanı UEFA-nın tələblərinə uyğunlaşdırıb lisenziya məsələsini vaxtında həll etməkdir.


​Tovuz azarkeşi bu tarixi anı Bakı stadionlarında deyil, məhz öz yurdunda izləməyə layiqdir. Avropalı rəqibləri Tovuzun möhtəşəm atmosferində qarşılamaq komandanın meydandakı ən böyük silahı olacaq.


​Qrupa düşmək möhtəşəm bir tarix olar. Lakin nəticədən asılı olmayaraq hər oyunda sonadək vuruşmaq şərtdir. Bu qədər zəhmət və tökülən tər məhz Tovuzda əsl futbol bayramı yaşamaq üçündür. 


Hər şey zamanla həll olunar. İndi bu böyük nailiyyət münasibətilə bütün Tovuz camaatını və bu yolda əməyi olan hər kəsi ürəkdən təbrik etmək, sevinmək zamanıdır.


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR