15:22 10.05.2026 157

Qorxma, AFFA, qorxma! - KÖŞƏ

AFFA-da deyəsən lisenziya paylanan mövsümdür. I Liqada çıxış edən “Baku Sportinq”, “Difai”, “Şəfa”, “Səbail” və “Mingəçevir”in əlinə sənədlərini verib yola salıblar.


İndi adamı tək bir sual düşündürür. Bu qədər kluba "yaşıl işıq" yandıran qurumun Premyer Liqa qapılarını taybatay açıb komanda sayını 14-ə qaldırmağa yetərincə cəsarəti varmı? Yoxsa yenə eyni "dar çərçivə"də fırlanıb özümüzü aldadacağıq?


Cari mövsümdəki 12 komandalı format sübut etdi ki, futbolumuz bir az nəfəs almağa başlayıb. Mövcud tempin üstünə qoyub çempionatın dadını-duzunu artırmağın əsl vaxtıdır. AFFA rəsmiləri hər dəfə yenilikdən söz düşəndə infrastruktur yoxdur bəhanəsinə sığınırlar. Halbuki istəyən üçün çıxış yolu tapmaq çətin deyil.


Məsələn, “Səbail” Bayıldakı doğma meydanında qala bilər. “Şəfa” isə "SOCAR Polymer Arena" variantı ilə elitaya fərqli rəng qatar. “Baku Sportinq”ə gəlincə, "Dalğa Arena" və ya "Baku Arena" kimi seçimlər var. Onlar öz stadionları hazır olana qədər bu arenalardan birində başlarını girələyərlər.


Region tərəfə baxanda da vəziyyət ümidvericidir. “Mingəçevir” qayıtsa, o boyda şəhər yenidən böyük futbolla nəfəs alar. Onlar arenaları tam düzələnə kimi qonşuluqdakı Yevlaxa gedib-gələrlər. Ağsu təmsilçisi olan "Difai"nin turnir vəziyyəti acınacaqlıdır və bu nəticələrlə onların elitaya yüksəlməsi nağıl kimi görünür. Sənədləri yəqin ürəkləri qırılmasın deyə təsdiqləyiblər.


Yeri gəlmişkən, baş katib Cahangir Fərəcullayev Hesabat Konfransında bəyan etmişdi ki, Ağsu stadionu Premyer Liqa səviyyəsinə gətiriləcək. Həmin meydança vəd olunduğu kimi hazır olacağı təqdirdə obyekti müvəqqəti “İmişli”yə vermək olar. Beləcə həm arena boş qalmaz, həm də futbol coğrafiyamız genişlənər.


Amma biz daha ciddi məsələlərdən danışırıq. AFFA tərəddüdü kənara qoyub ən optimal variantı seçməlidir. Premyer Liqadan heç bir klub aşağı düşməməli, əvəzində I Liqadan həm lisenziyası qaydasında olan, həm də idman nəticəsi qazanan iki komanda yuxarı qalxmalıdır.


İndi kimsə çıxıb idman prinsipləri pozular deyəcək. Vallah, gülməlidir. Onsuz da o prinsiplər hər addımda tapdalanır. Baxın, “Karvan-Yevlax” bu gün bəlkə də turnir cədvəlinin dibindədir. Lakin bu klubun maliyyəsi yerində, infrastrukturu qaydasındadır. AFFA-nın verdiyi möhlət müddətində öz işlərini qaydasına saldılar. İndi belə bazası olan bir kollektivi sırf sonuncu oldu deyə aşağı göndərmək nə dərəcədə məntiqə sığır?


İdman prinsipləri pozulur? Bəs bir komandanın dörd dəfə stadion dəyişməsi nədir? Bəs pley-off matçının absurdluğu? Premyer Liqada legioner məhdudiyyəti yoxdur, amma I Liqa təmsilçisinə yeddi nəfərdən artıq əcnəbi olmaz deyirlər. Belə bərabərsizliyin hökm sürdüyü yerdə elitada qalmağa çalışanla aşağıdan gələn lisenziyalı ikinci yeri pley-offda üz-üzə qoymaq elə əsl ədalətsizlikdir.


Sözün qısası, qorxmağa gərək yoxdur. Azərbaycan futbolu o dörd divarın içində çox boğuldu. 14 komandalı çempionat həm sabitlik gətirəcək, həm də rəqabət!


İLKİN SULTANLI

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:02

DÇ-2026: İspaniya 1/4 finalda

23:54

Premyer Liqa klubunun yeni baş məşqçisi açıqlanıb

23:26

PSJ-nin futbolçusu La Liqa klubunda

22:52

“Şamaxı”nın daha bir rəqibi bəlli oldu

22:28

Almaniya millisinin üzvü “Beşiktaş” yolunda

21:51

DÇ-2026: Portuqaliya - İspaniya: HEYƏTLƏR

21:33

“Neftçi” Serbiya klubuna məğlub oldu

20:56

“Zirə”nin rəqibindən yeni transfer

20:34

“Yunayted” Kazemironun əvəzedicisini tapdı

20:02

Cenk Tosunun yeni klubu bəlli oldu

19:37

“Sumqayıt”ın rəqibləri bəlli oldu

19:23

“Bavariya”nın futbolçusu əməlliyyat olunub

18:57

Fransa klubunda yeni təyinat

18:27

Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib

18:00

Millinin liderləri arasında münaqişə

17:50

"Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəfat etdi

17:44

I Liqa klubu heyətini yeni futbolçu ilə gücləndirdi - ÖZƏL

17:43

“Sabahki oyuna tam hazırıq”

17:30

"Meydanda əlimizdən gələni edəcəyik"

17:07

Türkiyə klubları Lukakunu istəyir

16:48

"Qəbələ" ötən ay müqavilə bağladığı futbolçunu göndərdi

16:31

UEFA İnfantinoya alternativ namizəd irəli sürür

16:06

İspaniya nəhəngi danimarkalı ilə anlaşdı

15:50

26 il sonra

15:29

FİFA referimizə UEFA-dan təyinat

15:05

Tonali rəsmən London klubunda

14:49

“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır

14:32

Qələbə sevincində zədələndi

14:04

Afrikalı futbolçu Premyer Liqa klubunda

13:50

Felipe Santosun yeni komandası bilindi

13:29

Mundiallar tarixində yeni rekord

13:03

DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı

12:47

İngiltərədən İstanbul təmsilçisinə

12:31

Peledən sonra Neymar

12:02

Millimizin heyəti açıqlandı

11:50

Keyruş Qana yığması ilə vidalaşdı

11:28

Keyn rekordu təkrarladı

11:01

"Mançester Yunayted"in transfer hədəfi

10:49

"Neftçi"nin Sloveniyada ikinci sınağı

10:31

Bombardirlik yarışında “amansız mübarizə”

10:01

Neymardan vida qərarı

09:50

“Qəbələ”dən Cənubi Koreya klubuna

09:29

İngiltərə 1/4 finalda

09:00

Norveç Braziliyanı mübarizədən kənarlaşdırdı

00:48

Bundesliqadan Premyer Liqaya - RƏSMİ

23:35

Niderland millisinin üzvü “Real”da

22:17

“Şamaxı”dan yeni transfer

21:43

Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar

21:08

“Fənərbaxça” kapitanı ilə bağlı qərarını verdi

20:43

Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək

18:43

“Qarabağ”dan 8-ci transfer

17:44

"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub

16:32

Fildişi Sahilli yarımmüdafiəçi “Zirə”də

14:33

Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal

13:52

“Kəpəz”in daha bir rəqibi bəlli oldu

12:14

Rusiyalı qolkiper “Turan Tovuz”da

11:47

Mingəçevirdə yeni sərbəst güləş zalı istifadəyə verilib

11:01

"Qarabağ" axtardığını tapdı: milyonlar xərclənəcək - ÖZƏL

10:58

“İmişli”də növbəti ayrılıq

10:25

Azərbaycan idmançıları beynəlxalq turnirin final mərhələsinə yüksəliblər

09:46

Paraqvayın futbolçusu ən yaxşısı seçildi

09:17

DÇ-2026: Fransa 1/4 finalda

00:54

"Neftçi” Marsel mərhələsinin çempionu olub

00:14

Mahrez “Əl-Əhli”dən ayrıldı

00:08

“Qarabağ”dan I Liqa klubuna - RƏSMİ

23:38

DÇ-2026: Mərakeş 1/4 finalda

20:52

Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib

19:55

Azərbaycanlı futbolçu Qırğızıstan klubunda - RƏSMİ

19:24

“Olimpiakos”dan 250 milyon avroluq yeni stadion layihəsi

18:57

“Real”ın ulduzu Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib