
Misli Premyer Liqasının 31-ci turunda baş tutan “Sumqayıt” – “Araz-Naxçıvan” qarşılaşmasının canlı yayımı ilə bağlı izləyicilər gözlənilməz problemlə üzləşiblər.
Sport1.az xəbər verir ki, “CBC Sport” telekanalı oyunu matçın start fitindən deyil, yalnız 25-ci dəqiqədən sonra efirə verə bilib.
Telekanal tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Problemin texniki nasazlıqdan qaynaqlandığı ehtimal olunur.
Qeyd edək ki, bu, son günlər “CBC Sport”da yaşanan ilk yayım problemi deyil. Telekanal həftəiçi UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Bavariya” – PSJ qarşılaşmasını da texniki səbəblərdən tamaşaçılara təqdim edə bilməmişdi.