son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

AFFA-nın “1 qızı 2 kişiyə adaxlamaq" planı

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 1-03-2026, 15:27

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu mövsümdən etibarən Misli Premyer Liqasının hər turundan bir oyun “CBC Sport”la paralel olaraq “İdman TV”də də canlı yayımlanacaq.


Vaxt gəldi, vədə yetişdi. Bu gündən etibarən həmin qərar icra olunacaq. "Qarabağ" – "Sabah" matçı eyni anda həm “İdman TV”də, həm də “CBC Sport”da yayımlanacaq.


Qərarın səbəbləri, paralel yayım modelinin praktik tərəfləri və bunun media strategiyasına təsiri barədə fikirləri öyrənmək üçün ANS-in keçmiş idman aparıcısı və şərhçisi Asif Bağırova müraciət etdik. 


Təcrübəli televiziya mütəxəssisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:


“Əvvəla onu deyim ki, bu cür qərarların mövsümün gedişində verilməsi qəribədir. Birmənalı olaraq, bu məsələ cari ‘futbol ili’ndən əvvəl həll olunmalıdır.


Lisenziyanın digər kanala ötürülməsi, yəni sublisenziya təcrübəsi var. Amma bu məsələni lisenziya sahibi olan televiziya ilə digər kanal özü həll etməlidir. Bu, AFFA-nın niyə qərarı olur? Maraqlı mövzudur.


Qaldı məsələnin özünə. Buna fikir bildirməzdən əvvəl səbəbini dəqiqləşdirmək lazımdır. Məncə, bu addımı atmaqla AFFA və ya PFL növbəti mövsümün konturlarını cızır. Bildiyimə görə, gələn mövsüm Misli Premyer Liqasında 14 komanda iştirak edəcək. Bu isə hər turda 7 oyun deməkdir.


Hazırda çempionat oyunlarının 3 günü əhatə etməsinin səbəbi yayımçı “CBC Sport”un cəmi 2 səyyar televiziya stansiyasının olmasıdır. Eyni vəziyyəti VAR sistemi ilə bağlı da demək olar. Təsəvvür edin ki, bir yayımçı ilə növbəti mövsümdə tur 4 günə bölünməli olacaq.


Ona görə “İdman TV”nin qoşulması, çox güman ki, texniki məsələlərdən qaynaqlanır. Məncə, belə olan halda turu 2 günə də başa çatdırmaq mümkün olacaq. Bu, həqiqətən belədirsə, klublar üçün də rahat olacaq. Məsələn, qarşılaşacaq komandalar oyunlara hazırlıq üçün daha çox vaxt qazanacaqlar”.


Görəsən, “YouTube” üzərində məsələ necə tənzimlənəcək? PFL-in rəsmi kanalı “CBC Sport”, yoxsa “İdman TV”nin yayımını izləyicilərə təqdim edəcək?


Mövzu ilə bağlı Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayevin mövqeyini öyrəndik. Qurum rəsmisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:


“Deməli, məsələ belədir: ‘YouTube’ üzərindən yayım hüququ yenə bizdə olacaq. Yenə də deyirəm, yayımı ‘YouTube’ üzərindən biz verəcəyik. Nə ‘İdman TV’nin, nə də ‘CBC Sport’un ‘YouTube’ səhifələri bu oyunu yayımlaya bilməz. Digər məsələlər isə sırf telekanallara aid detallardır. Onunla bağlı mənim məlumatım yoxdur. Onlar öz aralarında necə müəyyənləşdiriblərsə, elə də olacaq”.


Belə görünür ki, AFFA başbilənləri yeni plan üzərində işləyirlər. Yəqin ki, əsas məqsəd “CBC Sport”u yavaş-yavaş sıradan çıxarmaqdır. Çünki son zamanlar futbol izləyiciləri bu kanalın fəaliyyətindən narazıdırlar. Əsas problem yayımın keyfiyyətinin istənilən səviyyədə olmaması və lazımi epizodların görüntülərinin ictimaiyyətə təqdim edilməməsidir. Artıq bu mövzular federasiya rəhbərliyini ciddi şəkildə narahat edib. “CBC Sport”un köhnə AFFA rəsmilərinin qərarı ilə təsis edilməsi də yenilərin xoşuna gəlmir. Bu da kanalın fəaliyyət imkanlarının zəifləməsi və ya zəiflədilməsi üçün güclü səbəbdir.


Bir sözlə, AFFA-nın bir qızı iki kişiyə adaxlaması xoş görünə bilər. Amma bunun arxasındakı niyyətin qoxusu ortalığa yayılır.


ZƏFƏR HACILI

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR