son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Qarabağ”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer

AFFA, “CBC Sport” və “İdman TV”nin birgə bəyanatı

Bölmə adı Premyer Liqa
Yayımlandı 20-02-2026, 15:31

AFFA, “CBC Sport” və “İdman TV” birgə bəyanat yayıblar.


Sport1.az xəbər verir ki, bəyanatda bunlar qeyd edilib:


“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkənin ali futbol qurumu olaraq, futbolun kütləviliyinin artırılmasını, dünyada bir nömrəli idman növünün daha geniş auditoriyaya çatdırılmasını və yayım keyfiyyətinin yüksəldilməsini hər zaman prioritet vəzifə hesab edib. Bu mənada əsas diqqət mərkəzində daim ölkə çempionatı dayanıb.


Misli Premyer Liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı “CBC Sport” və ölkənin ilk idman telekanalı olan “İdman TV” rəhbərliyi ilə müzakirələr aparıb. Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Misli Premyer Liqasının hər turundan bir qarşılaşma “CBC Sport”la paralel olaraq “İdman TV” vasitəsilə də canlı yayımlansın.


Yeni əməkdaşlıq çərçivəsində ilk yayımın 22-ci turda keçiriləcək “Qarabağ” – “Sabah” matçı olması nəzərdə tutulur. Danışıqların uğurla yekunlaşmasını və hər iki telekanalın məsələyə göstərdiyi həssas yanaşmanı yüksək qiymətləndirən AFFA rəhbərliyi həmkar tərəfdaşlarına təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.


Yayımın təşkili və ümumi prosesin tənzimlənməsi ilə bağlı texniki detallar telekanallar tərəfindən qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR