
"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, yarımmüdafiəçi ötən ilin yayında "Zirə"yə transfer olunmuşdu.