son dəqiqə SON DƏQİQƏ

AFFA 3 futbolçunu üç oyunluq cəzalandırdı

Bölmə adı Qızlar Liqası
Yayımlandı 15-10-2025, 15:45

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sport1.az xəbər verir ki, AFFA Yüksək Qızlar Liqasında çıxış edən “Şəfa” komandasının futbolçusu Natella Məmmədova 3 oyunluq cəza alıb.

O, “Baku Juniors”la matçda təcavüzkar davranışa görə cəza ilə üzləşib.

“Baku Juniors”dan isə Mələk Kərimova eyni səbəbdən 3 matç komandasına kömək edə bilməyəcək.

Bundan əlavə, eyni çempionatda çıxış edən “Neftçi”nin oyunçusu Coşquna Əliyeva da 3 oyunluq cəza alıb. O, “Liman”la görüşdə rəqibi Mələk Hacıyevaya qarşı təcavüzkar davranışa görə qırmızı vərəqə almışdı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR