son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

UEFA araşdırma aparır, Prestianni danışdı

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 21-02-2026, 20:29

“Benfika”nın hücumçusu Canluka Prestianni “Real”ın futbolçusu Vinisius Juniorla bağlı insidentə görə UEFA-ya ifadə verib.


Sport1.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Hadisə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda baş verib. Həmin görüşdə Madrid təmsilçisi səfərdə 1:0 hesablı qələbə qazanıb.


20 yaşlı argentinalı futbolçu Vinisiusu irqi zəmində təhqir etmədiyini bildirib. Onun sözlərinə görə, səsləndirdiyi ifadə ispan dilində “meymun” sözünə bənzəsə də, başqa məna daşıyıb.


Xatırladaq ki, qarşılaşmanın ikinci hissəsində Vinisius rəqib oyunçunun onu “meymun” adlandırdığını iddia etdikdən sonra matç qısa müddətə dayandırılmışdı. Həmin anda Prestianni ağzını forması ilə örtmüşdü.


UEFA insidentin araşdırılması üçün xüsusi etik və intizam müfəttişi təyin edib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR