son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

UEFA bu kluba cəzalar "yağdırdı"

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 26-03-2026, 10:25

UEFA “Benfika”nı Çempionlar Liqasının pley-off mərhələsində “Real"la oyunda azarkeşlərinin irqçi davranışına görə 40 min avro məbləğində cərimələyib.


Sport1.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayıb.


Fevralın 17-də keçirilən görüşdə “Real” Vinisius Juniorun qolu sayəsində 1:0 hesabı ilə qalib gəlib. Braziliyalı futbolçu vurduğu qolu künc bayrağı yanında rəqs edərək qeyd edib ki, bu da azarkeşlərin mənfi reaksiyasına səbəb olub. Nəticədə, Vinisiusla “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestianini arasında baş verən münaqişə səbəbindən oyun təxminən 10 dəqiqəlik dayandırılıb. Bu zaman “Real”ın futbolçusu hakimə rəqib oyunçu tərəfindən irqçi təhqirə məruz qaldığını bildirib. UEFA həmçinin qərar verib ki, Prestianni cavab oyunundan kənarlaşdırılsın.


Martın 25-də qurum “Benfika” azarkeşlərinin irqçi və ya diskriminasiya xarakterli davranışına görə kluba cərimə tətbiq edildiyini açıqlayıb. Bundan əlavə, klub UEFA turnirləri çərçivəsində keçiriləcək növbəti ev oyununda stadionun 500 yerlik hissəsinin qismən bağlanması ilə bağlı şərti cəza alıb. Sınaq müddəti 1 ildir.


Həmçinin əlavə qərarlar qəbul olunub: “Benfika” azarkeşlərin lazerdən istifadəsinə görə 8 min avro, meydana yad əşyaların atılmasına görə isə 25 min avro cərimələnib. Komandanın məşqçi köməkçisi Pedro Luis Ferreyra Maşadu qeyri-idman davranışına görə UEFA klub turnirlərində bir oyunluq cəza alıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR