
İspaniya La Liqasında çıxış edən futbolçuların bazar dəyərləri yenilənib.
Sport1.az xəbər verir ki, “Transfermarkt” portalının son yeniləməsinə əsasən, dəyəri ən çox azalan futbolçuların siyahısında ilk pilləni üç oyunçu bölüşür. Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem, “kral klubu”nun vingeri Rodriqo və “Atletik”in futbolçusu Oyan Sanset 20 milyon avro ucuzlaşıb.
La Liqada dəyəri ən çox azalan 10 futbolçu bunlardır:
Cud Bellinqem (“Real”) – 160 milyon avro (-20 milyon)
Rodriqo (“Real”) – 60 milyon avro (-20 milyon)
Oyan Sanset (“Atletik”) – 40 milyon avro (-20 milyon)
Federiko Valverde (“Real”) – 120 milyon avro (-10 milyon)
Rafinya (“Barselona”) – 80 milyon avro (-10 milyon)
Niko Uilyams (“Atletik”) – 60 milyon avro (-10 milyon)
Dani Vivan (“Atletik”) – 30 milyon avro (-10 milyon)
Ronald Arauxo (“Barselona”) – 25 milyon avro (-10 milyon)
Endrik (“Real”) – 25 milyon avro (-10 milyon)
Brays Mendes (“Real Sosyedad”) – 12 milyon avro (-6 milyon)
Qeyd edək ki, yenilənmiş qiymətləndirmə futbolçuların cari mövsümdəki çıxışı və bazar dinamikası əsasında aparılıb.