
“Qarabağ” yay transfer pəncərəsində qapıçı mövqeyi üçün yeni namizəd müəyyənləşdirib.
Sport1.az xəbər verir ki, Niderland mətbuatının məlumatına görə, Ağdam klubu Kiprin “Pafos” komandasının qolkiperi Cey Korteri diqqət mərkəzində saxlayır. Bununla belə, qapıçının Azərbaycanda çıxış etməyə isti baxmadığı bildirilir.
Hazırkı klubundan ayrılmağı planlaşdıran Korter karyerasını vətənində davam etdirmək niyyətindədir. Onunla maraqlananlar arasında sabiq komandası “Qo İhed İqlz” də var və futbolçunun seçiminin məhz bu istiqamətdə olduğu qeyd olunur.
Məlumata görə, “Ayaks”ın yetirməsi olan qolkiper daha əvvəl “Alkmaar”, “Qo İhed İqlz” və Şotlandiyanın “Aberdin” klubunda çıxış edib. Cey Korterin “Pafos”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.