son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

"Qarabağ" hara gedirsə, orada futbol bayramı olur - YAZI

Bölmə adı Premyer Liqa / Manşet / Yazı
Yayımlandı 21-03-2026, 13:24

Dünyanın hər yerində belədir. Bəzi komandalar var ki, onların başqa şəhərə, qəsəbəyə gəlişi adi futbol hadisəsi kimi qarşılanmır. Stadionda sadəcə oyun izlənilmir, bir bayram ab-havası yaranır, şəhər canlanır, tribunalar başqa cür nəfəs alır.




Azərbaycanda bunu yavaş-yavaş görməyə başlayırıq. "Qarabağ" hara gedirsə, orada futbol bayramı olur.



Misli Premyer Liqasının 25-ci turunda Yevlaxda yaşanan mənzərə bunu bir daha göstərdi. Stadiondan oyunu 5000 adam izləyirdi. Bu, təsadüfi nəticə deyildi. Mövsüm ərzində ikinci dəfə bölgədə Ağdam təmsilçisinin oyununda belə anşlaq yaşanırdı. Qubada keçirilən "İmişli" - "Qarabağ" matçında da belə izdiham var idi.



Qubalıları anlamaq olar. Premyer Liqada komandaları yoxdur. Amma Yevlax futbol şəhəridir. “Karvan-Yevlax” Premyer Liqa matçlarını öz evində keçirir. Amma etiraf etmək lazımdır ki, əvvəlki qarşılaşmalarda stadionda belə böyük izdiham yaşanmamışdı. Hətta şəhərin komandası üçün vacib hesab olunan başqa oyunlara da bu səviyyədə maraq olmamışdı.



Bu, artıq başqa məsələdir. Burada söhbət “Qarabağ”a olan sevgisindən gedir. Ağdam təmsilçisi hansı rayona yollanırsa, orada bu komandaya qarşı xüsusi münasibət hiss olunur. Daha əvvəl Qubada da eyni mənzərənin şahidi olmuşduq. Həmin vaxt da açıq görünürdü ki, tribunaya gələnlər məhz “köhlən atlar”a dəstək olurdular.



Bu sevgi boş yerdən yaranmayıb. İllərdir ölkə futbolunda sabitlik göstərən, avrokuboklarda Azərbaycanı layiqincə təmsil edən, çempionluq vərdişini adiləşdirən komanda təbii olaraq bölgələrdə də özünə böyük auditoriya formalaşdırmalı idi. İnsanlar uğur qazanan kollektivə maraq göstərə bilər. Amma hər uğurlu kluba bu qədər isti münasibət olmur. Burada başqa bir bağ da var. Bu komanda artıq çoxları üçün sadəcə klub deyil, futbolun özü ilə bağlı hisslərin daşıyıcısına çevrilib.



Yevlaxdakı mənzərəni daha da xüsusi edən başqa bir məqam isə təqvimlə bağlı idi. Dünən Azərbaycanda həm Novruz, həm də Ramazan bayramı qeyd olunur. Belə bir gündə “Qarabağ”ın rayona səfəri yevlaxlılar üçün bayrama bayram qatdı. İnsanlar sadəcə oyuna yox, bir növ futbol şənliyinə gəlmişdilər. Tribunadakı coşqudan bunu hiss etmək olurdu. Sanki şəhərdə təkcə matç yox, ümumi bayram ovqatının bir parçası yaşanırdı.



Futbolun ən gözəl tərəfi də budur. Bəzən bir komandanın səfəri təkcə 90 dəqiqəlik qarşılaşma olmur. O, bir şəhərin gününü dəyişir, insanları stadion ətrafında birləşdirir, uşaqlara yeni xatirə yaşadır, böyüklərə isə köhnə futbol hisslərini qaytarır. Yevlaxda baş verən də məhz bu idi.



Bu gün artıq rahat demək olar ki, “Qarabağ” sevgisi yalnız Ağdamla məhdudlaşmır. Bu dəyər ölkənin müxtəlif bölgələrinə yayılıb. Qubada da bunu gördük, Yevlaxda da bir daha şahidi olduq. Sabah başqa rayonda oynasa, böyük ehtimalla yenə eyni mənzərə yaranacaq. Hələ "Qarabağ" Ağdama qayıdandan sonra komandaya olan sevgi tam başqa səviyyəyə çatacaq.



Yevlaxda tribunaların dolması adi azarkeş marağı deyildi. Bu, ölkə boyu yaşayan “Qarabağ” sevgisinin növbəti nümayişi idi.


ZƏFƏR HACILI

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR