son dəqiqə SON DƏQİQƏ
"Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ●

"Qarabağ”ın ulduzu diqqət mərkəzində – La Liqa təmsilçisi 12 milyonluq plan qurur

Bölmə adı Futbol
Yayımlandı 28-03-2026, 12:25

“Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı komandanın futbolçularına olan marağı xeyli artırıb.


Sport1.az xəbər verir ki, xüsusilə hücum xəttində effektiv oyunu ilə seçilən Kamilo Duran bir sıra klubların diqqətini cəlb edib.


24 yaşlı kolumbiyalı forvardın karyerasını İspaniyada davam etdirmək ehtimalı yaranıb. Sosial mediada yayılan xəbərlərdə onun La Liqa təmsilçisi “Jirona”nın maraq dairəsinə düşdüyü bildirilir. Hələlik tərəflərdən rəsmi açıqlama verilməsə də, müxtəlif mənbələr bu iddianı təsdiqləyir.


İddialara əsasən, İspaniya klubu yay transfer pəncərəsində “Qarabağ”a rəsmi təklif göndərə bilər. “Jirona”nın futbolçu üçün təxminən 12 milyon avro ödəməyə hazır olduğu vurğulanır.


Qeyd edək ki, Duran ötən yay “Qarabağ”a Portuqaliyanın “Portimonense” klubundan transfer olunub və onun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR