AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun bir şikayətini təmin etməyib.
Sport1.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
“Neftçi” Peşəkar Futbol Klubunun (Misli Premyer Liqası) “Neftçi” – “Turan Tovuz” oyunu ilə bağlı AFFA İntizam Məcəlləsinin 52.6-cı maddəsinə əsasən verilən qərardan şikayətə baxılmasına dair:
9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandasının 15000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınsın.
“Neftçi” Peşəkar Futbol Klubunun (Misli Premyer Liqası) “Neftçi” – “Turan Tovuz” oyunu ilə bağlı AFFA İntizam Məcəlləsinin 52.5-ci maddəsinə əsasən verilən qərardan şikayətə baxılmasına dair:
1. “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandasının 8000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.