son dəqiqə SON DƏQİQƏ
AÇ: Millimiz pley-offda “Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib

AFFA "Kəpəz" və "Sumqayıt"ı azarkeşlərinə görə cəzalandırdı

Bölmə adı Premyer Liqa
Yayımlandı 6-03-2026, 14:48

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 22-ci turunun "Kəpəz" - "Sumqayıt" matçı ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


* 27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);


* 27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);


* 27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununun 62-ci dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR