son dəqiqə SON DƏQİQƏ
Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ●

“Heydər Əliyev kuboku-2026”: Daha 9 boksçumuz mərhələ adlayıb

Bölmə adı Döyüş
Yayımlandı 3-05-2026, 22:49

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turniri davam edir. 


Sport1.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 9 idmançısı qələbə qazanıb.


Qız boksçuların mübarizəsində Aysel Fərəcova (46 kq) Diana Aytbayevanı (Qazaxıstan, 3:2), Aysan Miriyeva (46 kq) Elene Qremelaşvilini (Gürcüstan, 5:0), Tunca Mürşüdova (50 kq) Sevana Ağalını (Azərbaycan, 4:1), Aynur Vəlizadə (63 kq) Aylan Rəşidzadəni (Azərbaycan, tam üstünlüklə qələbə) məğlub edib.


Oğlan boksçuların yarışında isə Elcan Musazadə (54 kq) komanda yoldaşı Miraləm Nağıyevə 5:0, Tunar Mehdiyev (60 kq) Samir Rüstəmova 3:0, Oğuz İbrahimli (60 kq) Mətləb Məmmədova 5:0, Yusif Məmmədli (66 kq) Yunus Qarazadəyə 4:1, Ərdəm Təkin (+80 kq) isə qazaxıstanlı Arsen Muratova 4:1 hesabı ilə qalib gəlib.


Bakı Boks Mərkəzində keçirilən turnirin ikinci günündə 31 görüş olacaq. Döyüşlər saat 15:00-da başlanacaq.


Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR