
"Mançester Yunayted"in hücumçusu Markus Reşford "Tottenhem"in transfer təklifini rədd edib.
Sport1.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Tottenhem" 28 yaşlı ingilisin müqaviləsində əks olunan 40 milyon funt sterlinqlik sərbəstqalma bəndini aktivləşdirmək istəyib. Həmçinin futbolçuya "qırmızı şeytanlar"da aldığı eyni maaşı ödəməyə hazır olub.
Mənbənin sözlərinə görə, Reşford "Tottenhem"də və ya digər Premyer Liqa klublarında oynamaq istəmir. O, hələ də icarə əsasında formasını geyindiyi "Barselona"ya keçəcəyinə ümid edir.