
İngiltərənin "Mançester Siti" komandasının yeni baş məşqçisi açıqlanıb.
Sport1.az klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə Enzo Mareska təyin olunub.
İtaliyalı mütəxəssis "şəhərlilər"in sükanı arxasında Xosep Qvardiolanı əvəzləyib. Onunla 2029-cu ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Enzo Mareska 2020-2021-ci illər mövsümündə də "Mançester Siti"də çalışıb.