
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda klubdan ayrılmağı nəzərdən keçirir.
Sport1.az-ın “The Times”a istinadən məlumatına görə, ispaniyalı mütəxəssis hələ yekun qərar verməsə də, “şəhərlilər”lə yollarını ayırmaq ehtimalı yüksəkdir.
Bildirilir ki, Qvardiola və onun məşqçilər korpusu artıq klubla potensial varisin axtarışı barədə müzakirələr aparır. Bununla belə, son qərar rəhbərlik tərəfindən veriləcək.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2016-cı ildən “Mançester Siti”ni çalışdırır və onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Qvardiolanın rəhbərliyi altında “şəhərlilər” altı dəfə İngiltərə Premyer Liqasının çempionu olublar.