
Seneqal millisi DÇ-2026-nın pley-off mərhələsində Belçika ilə qarşılaşacaq.
Sport1.az xəbər verir ki, Afrika təmsilçisinin əsas qapıçısı Eduard Mendi zədə səbəbindən görüşü buraxa bilər.
Bu barədə "D Sports" portalı məlumat yayıb.
Qolkiper qrup mərhələsinin II turunun Norveçlə oyununda xəsarət almışdı.
Seneqal – Belçika oyunu iyulun 1-də baş tutacaq.