son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

PSJ-nin qələbəsindən sonrakı xaos: Fransada 65 nəfər mühakimə olunur

Bölmə adı Futbol
Yayımlandı 4-06-2026, 15:15

PSJ klubunun Çempionlar Liqasındakı qələbəsindən sonra baş qaldıran kütləvi iğtişaşlarda iştirak edən 65 nəfər hakim qarşısına çıxarılıb.


Sport1.az xəbər verir ki, bu barədə məlumatı Fransanın Ədliyyə Nazirliyinin rəhbəri Jerald Darmanen ictimaiyyətlə bölüşüb.


Nazirin sözlərinə görə, artıq üç nəfər "uzunmüddətli azadlıqdan məhrumetmə" cəzasına məhkum edilib, 12 nəfərə şərti cəza verilib, altı nəfər isə istintaq təcridxanasına yerləşdirilib.


Darmanen "X" sosial şəbəkəsindəki hesabında vəziyyəti belə şərh edib:


"49 yetkin və 34 yetkinlik yaşına çatmayan şəxs hələ hakim qarşısına çıxarılmayıb, onlardan bəziləri ağır cinayətlərdə ittiham olunurlar... Ədalət mühakiməsi müstəqildir. Bunu unutmamaq lazımdır. İcazə verin, o öz işini sakit şəraitdə davam etdirsin".


Qeyd edək ki, mayın 30-u axşam saatlarında PSJ Çempionlar Liqasının finalında Londonun "Arsenal" klubunu məğlub edib. Komanda ardıcıl ikinci ildir ki, bu nüfuzlu turnirin qalibi olur. Lakin matçdan dərhal sonra kütləvi iğtişaşlar başlayıb. Təhlükəsizliyi təmin etmək məqsədilə Fransada təxminən 22 000 polis əməkdaşı səfərbər edilib, onlardan 57-si xəsarət alıb. İğtişaşlarda iştirak edən 219 nəfər də yaralanıb. Ümumilikdə isə 800-ə yaxın şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR