son dəqiqə SON DƏQİQƏ
Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: Premyer Liqa klublarının yay transferləri

AFFA tərəfindən "Oyun – klubun DNT-si" mövzusunda seminar təşkil edilib

Bölmə adı Futbol
Yayımlandı 5-06-2026, 15:56

AFFA tərəfindən "Oyun – klubun DNT-si" mövzusunda seminar təşkil edilib.


Sport1.az xəbər verir ki, tədbirə klublardan 60-dək nümayəndə qatılıb.


İştirakçılar arasında klub menecerləri, akademiya direktorları, koordinatorları və məşqçilər də olub. Seminar Estoniya Premyer Liqasında çıxış edən "Harju JK Laagri" klubunun əsas komandasının baş məşqçisi Lauri Nuuma tərəfindən keçirilib.


UEFA PRO lisenziyasına malik olan Lauri Nuuma müxtəlif ölkələrdən futbol məşqçiliyi, oyunçu inkişafı, məşq metodologiyası, skautinq və performans təhlili sahələrində təcrübəyə malikdir. O, həmçinin klubda akademiyadan əsas komandaya qədər vahid inkişaf modelinin qurulmasında iştirak edib.


Estoniyalı mütəxəssis futbolun yalnız oyun kimi deyil, insan davranışlarını, mühiti, mədəniyyəti, qərarvermə prosesini və performansı formalaşdıran bütöv bir sistem kimi dəyərləndirilməsinin əhəmiyyətindən danışıb. Təlimçi nəticələrə təkcə son göstərici kimi baxmaqdansa, həmin nəticələri yaradan proseslərin, gündəlik davranışların və mühitin təhlil olunmasının vacibliyini vurğulayıb.


Seminarda klub DNT-sinin akademiya mühitində tətbiqi, oyun fəlsəfəsi, məşq metodologiyası və oyunçu inkişaf modelinin vahid sistem kimi qurulması əsas mövzular sırasında yer alıb. Qeyd olunub ki, klubun DNT-si yalnız ümumi ideya və ya şüar deyil, komandanın gündəlik davranış kodu kimi formalaşmalı, məşq prosesi, oyun analizi, skautinq və oyunçu inkişafı bu yanaşma əsasında sistemli şəkildə qurulmalıdır.


Futbol sahəsində davamlı öyrənmə imkanlarının əhatəsinin genişləndirilməsini dəstəkləyən AFFA bu istiqamətdə həm fiziki, həm də rəqəmsal öyrənmə imkanlarının mütəmadi olaraq təşkil olunmasını nəzərdə tutur. Məqsəd futbol ekosisteminin müxtəlif iştirakçıları üçün daha əlçatan, praktik və müasir təhsil imkanları yaratmaqdır.


Seminar iştirakçılarla fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirin sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR