son dəqiqə SON DƏQİQƏ
Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: Premyer Liqa klublarının yay transferləri

Emil Balayev: “3 ildən sonra yenidən yığmada olmaq məni sevindirir”

Bölmə adı Milli
Yayımlandı 4-06-2026, 20:57

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev uzun fasilədən sonra yığmaya qayıtdığı üçün çox sevinir.


Sport1.az xəbər verir ki, qolkiper bunu Malta ilə yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.


O, Avstriyadakı təlim-məşq toplanışı və komandadakı atmosfer barədə danışıb:


"Baş məşqçi Ayxan Abbasov başda olmaqla, bütün məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. Müəyyən zədələr səbəbindən uzun müddət oyunlardan uzaq qalsam da, 3 ildən sonra yenidən yığmada olmaq məni həqiqətən çox sevindirir. Göstərilən etimada görə çox sağ olun. Qarşıda maraqlı bir oyun var. Komandada çox yaxşı abu-hava hökm sürür. Bakıdakı 3 günlük məşqlərdən sonra artıq 4 gündür burada hazırlıq prosesi davam edir. Kollektivdə əsl ailə atmosferi var və oyunun maraqlı keçəcəyini düşünürəm. Sabah bunun şahidi ola bilərik".


Qeyd edək ki, Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçiriləcək Azərbaycan - Malta qarşılaşması iyunun 5-də baş tutacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR