son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Lamin Yamal ardıcıl ikinci dəfə dünyanın ən bahalı futbolçusu seçilib

Bölmə adı Futbol
Yayımlandı 4-06-2026, 11:40

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Lamin Yamal Beynəlxalq Futbol Araşdırmaları Mərkəzinin (CIES) versiyasına görə ikinci il ardıcıl dünyanın ən bahalı futbolçusu olub.


Sport1.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.


CIES 18 yaşlı ispaniyalı futbolçunun transfer dəyərini 358,1 milyon avro qiymətləndirib.


Siyahıda ikinci yeri İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holand tutub. Onun transfer dəyəri 227,3 milyon avro göstərilib.


İlk üçlüyü isə İspaniyanın “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappe tamamlayıb. Onun bazar dəyəri 165,7 milyon avro olaraq qiymətləndirilib.


Lamin Yamal ötən il də CIES-in ən bahalı futbolçular reytinqinə başçılıq etmişdi. Həmin vaxt onun transfer dəyəri 402,3 milyon avro təşkil edirdi. Reytinqdə ikinci yerdə yenə Holand, üçüncü pillədə isə “Real Madrid”in ingilis yarımmüdafiəçisi Cud Bellinqem qərarlaşmışdı. Bellinqem bu il ilk onluğa düşə bilməyib

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR